MN: Erməni silahlıları mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər

19:33 29.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Siyasət rubrikasından digər xəbərlər